Ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - FOTO

Ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - FOTO

Hazırda oxunan: Ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - FOTO
152354
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına aparılan işlər barədə məlumat verdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkə başçısı Laçın Beynəlxalq Hava Limanında tikinti işləri ilə TANIŞ OLUB


Bildirildi ki, inşası sürətlə davam etdirilən 75,8 kilometr uzunluğunda yeni yol mövcud yoldan 32 kilometr qısa olacaq. I və II texniki dərəcəli bu yol ikizolaqlı və dördzolaqlı olmaqla inşa edilir.

Yeni yolun üzərində 17 tunelin inşası nəzərdə tutulur. Tunellərin ümumi uzunluğu 13,3 kilometrdir. Bundan başqa, yol üzərində ümumi uzunluğu 4163 metr olan 23 körpü də inşa edilir. 

Dövlətimizin başçısına yol üzərində inşa olunacaq T-9 tuneli barədə də məlumat verildi. Qeyd edildi ki, tunelin uzunluğu 224 metrdir. İkizolaqlı tunelin eni 10,6 metrdir. 

Ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - FOTO - foto 1
Ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO