Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO  

Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO  

Hazırda oxunan: Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO  
146032
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 13-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Əvvəlcə İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub. 
Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb. 

Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 9

General-polkovnik Z.Həsənov israilli həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib. 

İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib. 

Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 10

Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb. 

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. 

Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 1
Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 2
Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 3
Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 4
Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 5
Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 6
Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 7
Zakir Həsənov israilli həmkarı ilə GÖRÜŞDÜ – FOTO   - foto 8
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO