Prezident Azərbaycanla İndoneziya arasında imzalanmış sazişi TƏSDİQLƏDİ 

Prezident Azərbaycanla İndoneziya arasında imzalanmış sazişi TƏSDİQLƏDİ 

Hazırda oxunan: Prezident Azərbaycanla İndoneziya arasında imzalanmış sazişi TƏSDİQLƏDİ 
139509
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev “Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, fərmana əsasən, 2022-ci il dekabrın 14-də Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziyanın İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin edəcək. 

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya hökumətinə bildiriş göndərəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO