Səfir:

Səfir: "Zəngəzur dəhlizinin açılması sona yaxınlaşır" - VİDEO

Hazırda oxunan: Səfir: "Zəngəzur dəhlizinin açılması sona yaxınlaşır" - VİDEO
139314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Zəngəzur dəhlizi layihəsi Ermənistanın özünü təhlükəsiz hiss etməsi üçün də vacibdir. Dəhlizin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Haber”ə müsahibəsində deyib. 

O bildirib ki, bu, Türkiyənin Asiya ilə ticarət əlaqələri üçün əhəmiyyətlidir: 

“Zəngəzur dəhlizi Türkiyənin şərqlə qərb arasındakı əlaqəsini təmin edəcək. Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasındakı məsafə 38 kilometr olacaq”. 

Səfirin sözlərinə görə, Zəngəzur dəhlizi Ermənistanın inkişafı, gələcəyi üçün əhəmiyyətlidir: 

“Ermənistan son 30 ildə bir çox layihədən məhrum oldu. Bu layihələr Ermənistan yox, Gürcüstandan keçərək Türkiyə, Qara dəniz və Aralıq dənizinə çatdı. Ermənistan bu layihədən də kənarda qalsa, həyata keçirə biləcək başqa proyekti qalmayacaq”.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO