Aprel ayının əvvəlində Qarabağ cəbhəsində dörd günlük genişmiqyaslı hərbi əməliyyatlar Ermənistanın onsuz da xa0böhran vəziyyətində olan daxili siyasətini daha da çətin duruma salıb. Artıq Moskva da yaranmış durumda mövcud Serj Sərkisyan hakimiyyətini xa0xilas etmək qüdrətində deyil. Kreml rəhbərliyi özü Serj Sərkisyan hakimiyyətindən xilas olmağa çalışır. Çünki S. Sərkisyan rejimi Moskvanın nəinki ümidlərini doğrultmadı, əksinə, Kremlə xəyanətdə ittiham olunur. Ona görə də Moskva S. Sərkisyan hakimiyyətini özünə təhlükə sayır və bu təhlükə günü - gündən artır.
xa0
Moderator.az olaraq son günlərdə xa0İrəvanla Moskva arasında yaranmış gərginliyi nəzərə alaraq öz analitik yazısını təqdim edir.
Elə Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana etdiyi son səfəri və bu səfər zamanı keçən gərgin müzakirələr Moskvanı S. Sərkisyan rejimindən qurtulması istiqamətində xa0yekun qərar verməyə hazırlaşması hesab etmək olar. Bunu bilən S. Sərkisyan özünü xa0sığortalamaq və Moskvanın təzyiqlərindən yayınmaq üçün hətta S. Lavrovun səfərinə etiraz olaraq İrəvanda xa0bir neçə yüz nəfərlik etriaz aksiyası da təşkil etdirdi. O bununla göstərməyə çalışdı ki, guya özü Moskvanın dedikləri ilə razıdır. Ancaq Kremlin xa0son dövrlərdəki xa0Qarabağ məsələsində sərgilədiyi xa0mövqe erməni xalqı tərəfində qəbul edilmir və bunu xəyanət hesab edir. Xüsusən də baş nazirin müavini Dmitriy Roqozinin Azərbaycanın xa0Rusiyanın xa0bölgədə strateji tərəfdaşı olması haqqındakı bəyanatı, onun ardıncca baş nazir Dmitriy Medvedyevin xa0İrəvandan Bakıya səfər etməsi və verdiyi bəyanatlar xa0erməni cəmiyyətində ciddi xa0xof yaradıb. Kremlin bel bir mövqe sərgiləməsi və Azərbaycanla bu qədər yaxınlaşması təbii olaraq xa0nəinki xa0Ermənistanın siyasi rəhbərliyini, ümumiyyətlə erməni diasporasını ciddi narahat edir. Nəticədə ermənilər Moskvaya qarşı informasiya xa0hücumuna keçdi.xa0
Təbii ki, erməniləri bu hərəkəti Kremlin heç də xoşuna gəlmədi və cavabları da gecikmədi. Rusiyanın baş naziri Dmitriy Roqozin ermənilərin bu hərəkətini demoqogiya adlandırdı.
Artıq erməni mətbuatı da Kremlin S. Sərkisyan rejimi ilə vidalaşmaq mərhələsində olduğunu yazmaqdadır. Erməni mətbuatının yazdığına görə, Kreml Sərkisyanın yerinə Robert Köçəryanı yenidən böyük siyasi oyuna qaytarmaq niyyətindədir. "Zham.am" xa0portalında “Moskvadan S. Sərkisyan üçün sensasion xəbərlər”x9d başlığı altında gedən xa0məqaləsində də xa0yuxarıda Kremlin Sərkisyan üçün sürprizlər hazırladığı qeyd olunur. Portalın yazdığına əsasən Rusiya rəhbərliyi artıq Sərkisyan hakimiyyətinin fəaliyyətindən narazıdır. “Moskva hesab edir ki, S. Sərkisyan Kremlin əli ilə Qarabağ məsələsini ermənilərin xeyrinə həll etmək istəyir. Məqalədə qeyd olunur ki, Putin qısa bir dairədə deyib ki, Sərkisyanın xa0kifayət qədər böyük kölgə maliyyə dövriyəsinin olmasına baxmayaraq, yenə də Moskvadan ucuz kreditlər hesabına silah üçün maliyyə vəsaiti tələb edir. Artıq onun bu hərəkətləri “qırmız xətti”x9d keçir və ciddi təhlükəyə çevrilməkdədir. Ona görə də artıq onunla vidalaşmaq zamanıdır”x9d, - deyə məqalədə qeyd olunur.
Məqalədə qeyd olunur ki, Moskva Sərkisyanı vurmaq üçün siyasi meydana sabiq prezident Robert Köçəryanın qayıdışında maraqlı görünür. Çünki Ermənistan siyasətində Qarabağ məsələsi xa0hələ də əsas ana xəttə olaraq qalmaqdadır.
R. Köçəryanın Ermənistanda böyük siyasi oyuna qayıtması üçünsə münbit zəmin var. Bu gün S. Sərkisyan komandasında da eks-prezidentin kifayət qədər kadrı və tərəfdarları var. Digər tərəfdən R. Köçəryan maddi cəhətdən xa0daha imkanlıdır və etiraz dalğlarında bu vəsaitdən istifadə edib adamlarını xa0küçələr çıxara bilər. Ortada qalır Moskvanın xeyir-duası. Necə deyərlər Moskva “hə”x9d deyən kimi R. Köçəryan planı işə düşəcək.
Əgər hər hansı for-major hadisəsi baş verməyəcəyi təqdirdə Moskvanın S. Sərkisyan hakimiyyətindən vidalaşmasının vaxtı da bəllidir. Moskva növbəti ildə S.Sərkisyanla vidalaşmağı qarşısına hədəf qoyub.
Sadəcə Moskva indiki məqamda və bu zamandan istifadə edib Qarabağ məsələsində öz maraqlarını təmin etməyə və bölgədə mövqeyini möhkəmləndirməyə çalışır.xa0
S. Sərkisyanda Moskvanın bu planını bildiyindən buna qarşı öz planlarını qurmaqdadır. O bu planın qarşısını almaq üçün xa0bir zamanlar hakimiyyətdən devirdiyi Levon-Ter Petrosyanla bir araya gəlib Moskvaya qarşı bir blok qoymaq istəyir...





































































































