Fəzail Ağamalı Pakistan xalqına başsağlığı verib

Fəzail Ağamalı Pakistan xalqına başsağlığı verib

Hazırda oxunan: Fəzail Ağamalı Pakistan xalqına başsağlığı verib

128892
Ana Vətən Partiyasının sədri Millət vəkili Fəzail Ağamalı Pakistanın Lahor şəhərindəki lunaparkda baş vermiş terror aktı ilə əlaqədar Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayserə başsağlığı göndərib. 

Başsağlığında deyilir:

"Hörmətli cənab səfir Xalid Usman Qayser!

Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlərlərdən biri olan Pakistanda belə bir qanlı hadısənin törədilməsi ən az Pakistan xalqı qədər bizi də sarsıtdı.

Bu qanlı hadisə terrorizmin dəhşətli bəla olduğunu, onun bütün təzahürlərinə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq edir.

Lahor şəhərindəki lunaparkda baş vermiş ağır faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Pakistan xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.


Hörmətlə, 
Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri,
Milli Məcilisin deputatı"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO