"İlham Əliyev və Mehriban Əliyeva böyük dəstək göstərib" - Türkiyə səfiri 

Hazırda oxunan: "İlham Əliyev və Mehriban Əliyeva böyük dəstək göstərib" - Türkiyə səfiri 

122964

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva böyük dəstək göstərib. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Baxçı Azərbaycan Aqrobiznes Forumunda deyib. 

"Bütün Azərbaycan xalqı Türkiyəyə böyük dəstək, birlik nümayiş etdirib. Bu dəstəklərə görə təşəkkür edirəm", - C. Baxçı bildirib. 
 
Səfir qeyd edib ki, 2021-ci ilin iyun ayında Azərbaycanla Türkiyə arasında imzalanan "Qarabağda kənd təsərrüfatı, meşə Planı" Türkiyənin iştirakı ilə hazırlanıb: 

"Bu plan sadəcə Qarabağın deyil, Azərbaycanın kənd təsərrüfatı, meşə, su və bütün sahələrdə dəstək verən çox sayda təlim və layihəni özündə ehtiva edən vacib və detallı işbirliyi çalışmasıdır. Xüsusilə son bir il ərzində 40-dan artıq qarşılıqlı səfərlər təşkil edilib. Ümid edirəm ki, Qarabağ və Azərbaycan ehtiyatları ən gözəl şəkildə istifadə olunaraq, başda kənd təsərrüfatı sahəsi olmaqla Azərbaycanın iqtisadiyyatına güc verəcək". 
O əlavə edib ki, bu forumda 55 Türkiyə şirkəti iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO