Azərbaycandan Türkiyəyə yük maşınları yola çıxıb – Türkiyəli səfir

Azərbaycandan Türkiyəyə yük maşınları yola çıxıb – Türkiyəli səfir

Hazırda oxunan: Azərbaycandan Türkiyəyə yük maşınları yola çıxıb – Türkiyəli səfir
119247
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Hörmətli cənab Prezident, çox təşəkkür edirəm. Həqiqətən Azərbaycan bir ürək olmuşdur. Xalqımız gücü nəyə çatırsa, yardım edir. Yardım üçün çalışan insanların zəhməti sayəsində hazırda yük maşınları yola çıxıb. Həqiqətən minnətdarıq”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Prezident İlham Əliyev ilə söhbətində bildirib.

“Bu gün Milli Məclisin sədri hörmətli Sahibə xanım, hörmətli Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov zəng etdilər. Sizin tapşırığınızla qurumlar istər daşıma, istərsə də generator, transformator, xəstəxana ləvazimatlarına ehtiyacla bağlı maraqlanırlar. Biz də onlarla koordinasiya şəraitində işləyirik.
Yaralarımızı sağaltmaq üçün dəstəyinizə görə çox sağ olun. Biz bilirik ki, qardaşıq və bunu ürəkdən yaşayırıq, hiss edirik. Türkiyə də bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır, hörmətli cənab Prezident”, - Türkiyə səfiri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO