“Biz, həqiqətən, iki dost və tərəfdaşıq. Biz öz münasibətlərimizi artıq strateji tərəfdaşlıq kimi müəyyən etmişik. Bu gün isə biz əməkdaşlığımızın strateji mahiyyətini təsdiqləyəcək digər sənədə imza atacağıq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident: "Enerji məsələsi Azərbaycan-Macarıstan gündəliyində birinci yerdədir"
Dövlətimizin başçısı qeyd edib ki, iki ölkə arasında münasibətlərin artıq yaxşı tarixi var:
“Bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir. Bu, həqiqətən, böyük zənginlikdir. Buna görə, biz hazırda əməkdaşlığın yeni sahələrini araşdırırıq. Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb”.
Bizim.Media