Mixail Qusmandan səfirliyimizə edilən hücuma MÜNASİBƏT: “Müasir dünyada terrora yer yoxdur” - VİDEO 

Mixail Qusmandan səfirliyimizə edilən hücuma MÜNASİBƏT: “Müasir dünyada terrora yer yoxdur” - VİDEO 

Hazırda oxunan: Mixail Qusmandan səfirliyimizə edilən hücuma MÜNASİBƏT: “Müasir dünyada terrora yer yoxdur” - VİDEO 
117205
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın Tehrandakı səfirliyinə edilən dünənki hücum bu dünyada terrorun nə qədər dəhşətli olduğunu anlayan hər kəsin qəlbində ağrı yaratdı”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın tanınmış jurnalisti, tərcüməçi və televiziya aparıcısı, TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiya Federasiyasının Əməkdar Mədəniyyət İşçisi, əməkdar jurnalist Mixail Qusman yerli televiziyalarımıza müsahibəsində bildirib.

Naxçıvanda səfərdə olan Qusman Tehrandakı səfirliyimizə qarşı terror aktını kəskin pisləyib:

"İran səfirlikdəki terrorla bağlı hərtərəfli araşdırma aparmalıdır və buna aydınlıq gətirməlidir.

Bu terror aktı hamını qəzəbləndirdi. Rusiyanın Xarici İşlər naziri, Birləşmiş Millətlər Təşkilatı sərt reaksiya verdi. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, müasir dünyada terrorizmə yer yoxdur! Azərbaycan terroru qəbul etmir".
Qeyd edək ki, Mixail Qusman yaradıcı heyəti ilə birgə Naxçıvana gəlib. Heyət Naxçıvanda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş filmin çəkilişlərini aparır.

Çəkilişlər əsasən Əlincəqalada, Ulu öndərin Naxçıvanda yaşadığı evinin önündə və şəhərin bir neçə ünvanında aparılıb.

Həmin müsahibəni təqdim edirik:
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO