Prezident Cənub Qaz Dəhlizinə dair çıxış etdi - YENİLƏNİB

Prezident Cənub Qaz Dəhlizinə dair çıxış etdi - YENİLƏNİB

Hazırda oxunan: Prezident Cənub Qaz Dəhlizinə dair çıxış etdi - YENİLƏNİB
11536
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

İclasın açılış sessiyasında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson, qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

Konsorsium üzvləri tərəfindən Cənub Qaz Dəhlizinin tamamlanmasına dair hesabat təqdim olunduqdan sonra nazirlər və nümayəndə heyətlərinin rəhbərləri məruzə ediblər.

İclasda Azərbaycan da daxil olmaqla 18 ölkənin nazirləri və digər yüksək səviyyəli nümayəndələri iştirak edirlər.

Tədbirə layihədə iştirak edən dünyanın 5 aparıcı beynəlxalq maliyyə qurumunun və 18 aparıcı şirkətinin rəhbərləri də qatılıb. Hazırda Məşvərət Şurası işini davam etdirir.

***

Fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO