Moderator.az Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın statusunu təqdim edir:
"Oğlumla birlikdə "Qarabağ"ımızın "Monako" ilə oynuna getmişdim. Həmişəki kimi sabit futbol oynadılar. 1-1 əslində realist olarsaq, pis nəticə deyil. Burada ilk öncə müşahidə etdiyim bəzi natamamlıqları qeyd etmək istərdim.
1) Stadiona buraxılışda polislər çox əziyyət çəkirlər, bileti olan vətəndaşlar da eyni qaydada rahatsız olurlar. Daxil olarkən hər kəsin yoxlanması təhlükəsizlik baxımından zəruridir, ancaq stadiona giriş daha sürətli və asan olmalıdır və bunun texniki yolları bir daha düşünülməlidir.
2) Azyaşlı uşaqlarla stadiona gələn tamaşaçılar üçün, eləcə də xanımlar üçün ayrıca giriş müəyyən olunsa, daha təhlükəsiz formada uşaqları maçta gətirə bilərlər və xanımlar stadiona gələrlər..xa0
3) Stadionda reklam panoları yan xətti görünməz edib, bir çox hallarda bizim oyunçudan top auta çıxdıqda tamaşaçılar görmədiyinə görə daha tez təhrik olurlar. Bu səbəbdən də reklam panolarını bir qədər geriyə çəkmək məqsədəuyğun olardı.
4) Stadionda siqaret çəkmək qadağan olunmalıdır və mütləq buna görə cərimə tətbiq edilməlidir. Bu həm yanğın təhlükəsi yaradır, həm siqaret çəkməyənlərin hüquqlarını pozur, həm də idmanın ruhuna ziddir. Çöldə ayrıca yer ayırmaq olar, buyurub çıxsınlar, həmin yerdə çəksinlər.
Müsbət məqamlar:
1) Xanımların stadiona gəlişi nəticəsində söyüş və təhqirlərin azaldığını müşahidə edirsən.
2) Klub rəhbərliyinə xüsusi təşəkkür düşür ki, Azərbaycan bayraqlarını kütləvi şəkildə oturacaqlarda yerləşdirir və insanların böyük əksəriyyəti bu bayraqlara hörmətlə davranırlar. Hətta maçtdan sonra stadionu tərk edən insanların əlində üçrəngli bayrağımızı görəndə insanı xoş ovqat bürüyür.xa0
Ən yaxşı oyunçumuz isə qolun buraxılmasında səhvi olsa da, qapıçı İbrahim Şeiç idi."


































































































