İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO

Hazırda oxunan: İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO
104464
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyanın paytaxtı Tiranadakı “Brigades” Sarayında rəsmi qarşılanma mərasimi olub.

Bizim.Media xəbər verir ki, Azərbaycanın və Albaniyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Albaniyanın Dövlət himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Bayram Beqaya, Albaniyanın dövlət və hökumət nümayəndələri isə Prezident İlham Əliyevə təqdim edilib.

Dövlət başçıları birgə foto çəkdiriblər. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Bizim.Media
 


İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 1
İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 2
İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 3
İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 4
İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 5
İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 6
İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 7
İlham Əliyevin Tiranada rəsmi qarşılanma mərasimi oldu - FOTO/VİDEO - foto 8

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO