N. Məmmədovun Seçki Qərargahının yaydığı məlumata görə, namizəd təbliğat-təşviqat görüşlərinə başlamazdan əvvəl Tovuz rayonunun Azaflı kəndində bölgə əhalisinin inanc yeri olan Qərib Seyid ziyarətgahını ziyarət edib. Daha sonra Nazim Məmmədov kənd sakinləri ilə görüşüb. Onların suallarını cavablandırıb, millət vəkili seçiləcəyi təqdirdə həyata keçirəcəyi proqramı açıqlayıb.
Seçicilərlə növbəti izdihamlı görüş Bayramlı kəndində baş tutub. Namizəd sakinlərə öz platformasını açıqlayıb, seçicilərin problemlərini dinləyib.
Seçki Qərargahından verilən məlumata görə Nazim Məmmədovun vəkilləri Tovuzun, Çeşməli, Qaralar kəndində təbliğat-təşviqat görüşləri keçiriblər. Vəkillər bütün görüşlərdə seçicilərin Nazim Məmmədova böyük rəğbətlə yanaşdıqlarının şahidi olublar.
Qərargahdan bildirilib ki, seçki dairəsində YAP-ın rəsmi namizədi hazırki deputat Rafiq Məmmədhəsnov təbliğat-təşviqatla məşğul olmur. Bir neçə gün əvvəl bölgəyə gələn R.Məmmədhəsənov qısa müddət sonra Bakıya qayıdıb. Nazim Məmmədov seçki dairəsində fəal təbliğat-təşviqat kampanıyası aparan yeganə namizdəddir.







































































































