Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Pediatrdan AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Pediatrdan AÇIQLAMA

53939

“Son zamanlar uşaqlar arasında yayılan virus COVİD -19 deyil, influenza virusudur, yəni qrip paroviruslarıdır. Bu hər il payız-qış mövsümündə uşaqlar arasında yayılan mövsümi qripdir. Xatırlayırsızsa, 2019-cu ildə də pandemiya başlamazdan əvvəl eyni situasiyanı yaşadıq, xəstəxanalarda yoluxanlardan yer yox idi”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında son zamanlar əsasən uşaqlar arasında yayılan qrip virusundan danışarkən pediatr-reanimatoloq Qoşqar İsmayılov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda hər il neçə uşaq ürək qüsuru ilə doğulur? – Kardioloqdan açıqlama


Həkim qeyd edib ki, bu qripin müalicəsi digər virusların müalicəsindən fərqlənmir. “Sadəcə, virus şəkil dəyişib. Çünki bu virus 3 ay əvvəlki zamana qədər olan yoluxmadan fərqlənir. Qızdırma həblərinin qəbuluna baxmayaraq hərarət düşmür. Hətta antibiotik dərmanlara belə orqanizm gec cavab verir. Bu virus özünü əsasən bronxit, plevmaniya və sətəlcəm formasında göstərir”.

Mütəxəssis valideynlərə övladlarında ilk əlamətləri görən kimi həkimə müraciət etməyi tövsiyyə edib. Çünki evdə kortəbii müalicə vəziyyəti daha da ağırlaşdıra bilər. 

"İlk asqırmada, öskürək, göz sulanması və yüksək hərarət müşahidə edən kimi  həkimə müraciət etsinlər. Çünki bəzən valideynlər uşaqlarını evdə kortəbii müalicə edib vaxt itirirlər. Bu isə müalicə müddətinin uzanması deməkdir. Belə hallarda müalicəni mütləq həkim təyin etməlidir və müayinə zamanı rentgenə daha çox üstünlük verilməlidir”.

Həkim virusun yayılmasında hava şəraitinin də böyük rol oynadığını deyib. Onun sözlərinə görə, havaların anamal keçməsi virusun yayılmasına şərait yaradır. 

“Çünki Azərbaycanda normal, şaxtalı qış keçmir, qar yağmır. Bu da virusun belə ağır və sürətlə yayılmasına səbəb olur. Əgər fəsil adi qaydada davam etsə idi, noyabr ayında stabilləşmə olmalı idi. Düşünürəm ki, artıq mart ayında virus sakitləşəcək”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO