ÜST-dən koronavirusla bağlı XƏBƏRDARLIQ – “Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur”

Hazırda oxunan: ÜST-dən koronavirusla bağlı XƏBƏRDARLIQ – “Yoluxma rəsmi rəqəmlərdən dəfələrlə çoxdur”

173210

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19-un hələ də qlobal miqyasda risk yaratdığı barədə məlumat yayıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurum nümayəndəsi Mariya Van Kerxove açıqlama verib. 

Onun sözlərinə görə, COVİD-19 infeksiyası bütün dünyaya yayılmaqda davam edir.
ÜST-ün nümayəndəsi xəstəliyin yayılma səviyyəsinin göstərilən rəqəmlərdən 19 dəfə yüksək olduğunu, dekabrda xəstəlik nəticəsində 10 min insanın öldüyünü göstərən rəqəmlərin cəmi 50 ölkədən alındığını vurğulayıb.

O bildirib ki, ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı 42%, reanimasiya şöbələrinə qəbulların sayı isə 62% artıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO