"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi - VİDEO

Hazırda oxunan: "Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi - VİDEO

190588

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Sabah" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qarşılaşma paytaxt təmsilçinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 2-ci dəqiqədə Ayaz Quliyev vurub.

Bu nəticənin ardından xallarının sayını 52-yə çatdıran Bakı klubu turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 35 xalı olan Elmar Baxşıyevin yetirmələri doqquzuncu pillədə qalıb. Qeyd edək ki, günün digər oyununda "Turan Tovuz" evdə "Zirə"yə 1:2 hesabı ilə uduzub.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO