Şəkidə avtomobil 68 yaşlı qadını öldürdü

Şəkidə avtomobil 68 yaşlı qadını öldürdü

Hazırda oxunan: Şəkidə avtomobil 68 yaşlı qadını öldürdü

190610

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, 68 yaşlı şəhər sakini Qəribə Abdullayeva işdən çıxıb evinə gedərkən yolu keçmək istəyib. Bu zaman Lütfullah Muradlı idarə etdiyi  “Opel” markalı avtomobillə onu vurub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qadın müxtəlif bədən xəsarətləri aldığından hadisə yerindəcə ölüb.

Əraziyə gələn Təcili Tibbi briqadaının həkimləri də qadına heç bir tibbi yardım göstərə bilməyib, çünki ölüm anında baş veribmiş. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupu baş verən yol-nəqliyyat hadisəsini və piyadanın ölüm faktını təsdiqləyiblər. 

Qeyd olunub ki, qəza ilə bağlı müvafiq araşdırma başlanılıb. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO