Ronaldo Messi ilə bir komandada oynayacaq?

Ronaldo Messi ilə bir komandada oynayacaq?

Hazırda oxunan: Ronaldo Messi ilə bir komandada oynayacaq?

190604

“İnter Mayami”nin prezidenti Devid Bekhem “Ən-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu ABŞ klubuna transfer etmək imkanlarını araşdırır.

Bizim.Media xəbər verir ki, Bekhem Ronaldo və argentinalı hücumçu Lionel Messini bir klubda birləşdirmək fikrindədir.

Xatırladaq ki, 2022-ci ilin payızında Ronaldo “Mançester Yunayted”də çıxış edəndə KİV Bekhemin artıq portuqaliyalı hücumçu ilə danışıqlar apardığını yazmışdı.

Bu mövsüm Ronaldo bütün turnirlərdə 40 matçda iştirak edib, 41 qol vurub, 12 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına kimi qüvvədədir. Məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO