COVID-19-a yoluxma sayı bir ayda 52% artıb - ÜST 

Hazırda oxunan: COVID-19-a yoluxma sayı bir ayda 52% artıb - ÜST 

170357

2023-cü il noyabrın 20-dən dekabrın 17-dək dünyada COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlük dövrlə müqayisədə 52% artıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bülletenində deyilir. 

Belə ki, 2023-cü il noyabrın 20-dən dekabrın 17-dək olan 28 günlük dövr ərzində 850 mindən çox yeni yoluxma halı qeydə alınıb. 
Buna baxmayaraq, COVID-19-dan ölənlərin sayı 3 min nəfər olub ki, bu da, əvvəlki ayla müqayisədə 8% azdır. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO