Aktrisa Aydandan əri İbrahimə: “Mənə görə xətt çəkdiyin arzularından xəbərdaram” - FOTO

Aktrisa Aydandan əri İbrahimə: “Mənə görə xətt çəkdiyin arzularından xəbərdaram” - FOTO

Hazırda oxunan: Aktrisa Aydandan əri İbrahimə: “Mənə görə xətt çəkdiyin arzularından xəbərdaram” - FOTO

190613

“Hər il bu vaxtı sənin, möcüzə gözləyən balaca məsum uşaq kimi oturub, saata baxmağın mənim üçün ən ürəkəridən mənzərədir. Sən mənim evimsən - harda olursaq olaq, sənin qucağın mənim sığınacağımdı. Sən mənim çörəyimsən, suyumsan. Sən mənim qaranlıqda yolumu işəqlandıran ən böyük ulduzumsan. Mən hər gün güzgüdə özümə baxanda gördüyüm insana yox, sənin gözlərində gördüyüm əksimə bənzəmək istəyirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundzadə həyat yoldaşı, həmkarı İbrahim Çingizlə bağlı sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

İbrahimin doğum günü olduğunu bildirən Aydan onu bu sözlərlə təbrik edib:  

“Bir baxışın, bir sözün yetir ki, dünyanı çiyinlərimə alıb, qanad açım. Məni sənə gətirən yol ən ağır, ağrılı, keçilməz, dözülməz olsa belə, o yolu gündə min kərə gəlməyə bəxtəvər olaram. Sən mənim ən yaxın dostum, ən böyük sirdaşım, ruhumun qidasısan. Deyirdin ki, bizim hər günümüz möcüzələrlə doludu. Başqa yolu da yoxdu, çünki sən özün ən böyük möcüzəsən. Mənə görə üstündən xətt çəkdiyin arzularından xəbərdaram, rahatlığım üçün verdiyin və verməyə hazır olduğun qurbanların da sayını bilirəm. Və hər gün onların qarşılığını min qat gözəlliklərlə almağına dua edirəm. Səninlə yaşlanmaq Allahın mənə verə biləcəyi ən böyük mükafat olar. Səninlə hər zaman fəxr edirəm. Və səni təsəvvür etməyəcəyin qədər sevirəm! Hər nəfəsdə. Doğum günün mübarək, dünyam!”. 

Qeyd edək ki, Aydan Axundzadə Səməd Vurğun adına Akademik Dram Teatrının aktyoru İbrahim Çingizlə ailəlidir. Cütlüyün Mehriban adlı bir qız övladı var. İbrahim Əməkdar artisti Çingiz Əhmədovun oğludur. Aydan qızına qayınanası, vəkil Mehriban Əhmədovanın adını verib.  


 
Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO