Son illər viruslar niyə dünyanı “İŞĞAL” edib? – Professor səbəbləri AÇIQLADI  

Hazırda oxunan: Son illər viruslar niyə dünyanı “İŞĞAL” edib? – Professor səbəbləri AÇIQLADI  

168854

Son illərdə viruslar dünyanı öz ağuşuna alıb. İnsanlar günlərlə, aylarla bu viruslarla mübarizə aparırlar. Məlumdur ki, əvvəlki illərdə potensial təhlükəyə malik viruslar bu qədər tüğyan etmirdi.

Bəs, virusların aktivləşməsinə səbəb nədir? 

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

Professor bildirib ki, virusların aktivləşməsinin səbəbləri çoxdur: 

“Əhalinin sürətli artımı birinci səbəbdir. İnsanların sayı artdıqca təmas çoxalır, fauna və flora sıxışdırılır. Bundan əlavə, yeyilməyən qidalar rasiona çevrilir. Nəticədə əvvəllər heyvanlarda, bitkilərdə parazitlik edən viruslar insana transfer olur. Koronavirusu nümunə kimi deyə bilərik. Digər bir səbəb qlobal istiləşmədir. Qlobal istiləşmə bioloji fəallığı dəyişdirir. Viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Bunlar ən kiçik orqanzimlərdir, çoxalması üçün hüceyrə lazımdır. Viruslar orqanizmə düşərək hüceyrədaxili çoxala bilir. Təbii ki, viruslar artdıqca xəstəliklər də artır”. 

Həkim digər səbəb kimi insanların immun sisteminin getdikcə zəiflədiyini vurğulayıb: 

“İnsanların immun sistemi yavaş-yavaş zəifləyir. Çünki insanlar çox qida qəbul edib, az hərəkət edirlər. Xolesterin, artıq çəki və ürək xəstəlikləri immun sistemin adekvat çalışmasına mane olur. Əsas səbəblər bunlardır”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO