Azərbaycanda son həftədə koronavirusa yoluxanların SAYI 

Hazırda oxunan: Azərbaycanda son həftədə koronavirusa yoluxanların SAYI 

167408

Azərbaycanda son 1 həftə ərzində (27 noyabr-3 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, həmin müddətdə infeksiyaya 20 yeni yoluxma faktı qeydə alınıb. 

COVID-19-a yoluxan 15 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 4 nəfər ölüb. 

İndiyədək ölkədə ümumilikdə 834 172 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 758 nəfər müalicə olunaraq sağalıb, hazırda 38 aktiv xəstə var. Bu günə qədər 10 376 nəfər vəfat edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO