Toppuş bacının əri yenidən EVLƏNİR? - FOTO

Toppuş bacının əri yenidən EVLƏNİR? - FOTO

Hazırda oxunan: Toppuş bacının əri yenidən EVLƏNİR? - FOTO

190466

“Biz ailə quranda o qədər söz yazdılar. Nə həyat yoldaşım, nə də mən ailə quranda heç kimə bir kəlmə demədik. Həyat yoldaşım dünyadan köçdü, mən qaldım. Yenə də səhifəsində şərh sayı çox olacaq deyə bizdən yazırlar. Allahdan ar etmirsiniz?! Allah tez haqq-hesab çəkəndir, bilmirsiniz?"

Bizim.Media xəbər verir ki, bu sözləri mərhum "Toppuş bacı" ləqəbi ilə ölkədə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.

Aktrisanın əri ikinci dəfə ailə qurması ilə bağlı yayılan xəbərlərə sərt reaksiya verib:

"Mənim dərdim mənə bəsdir, zatən ölmüşəm, bir də siz öldürməyin. Şər atana, yalan yazana, haqqımıza girənə Allahın lənəti olsun. Mənim həyat yoldaşım var, sadəcə dünyanı tərk edib. Yaxın zamanda inşallah yenə bir araya gələcəyik. Mən ölənə kimi yoldaşıma xəyanət etməyəcəm, etsəm, Allaha xəyanət etmiş olaram”.

Qeyd edək ki, Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən 2023-cü ilin yanvarın 22-də 49 yaşında dünyasını dəyişib. Cütlüyün Zəhra adında bir qız övladı var. O, hazırda "Qara tikan" serialına çəkilir. Eyni zamanda Abdulla Şaiq adına Kukla Teatrında tamaşalarda kiçik rolları canlandırır. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO