Azərbaycan və Banqladeş arasında ikitərəfli əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və Banqladeş arasında ikitərəfli əməkdaşlıq müzakirə edildi - FOTO

Hazırda oxunan: Azərbaycan və Banqladeş arasında ikitərəfli əməkdaşlıq müzakirə edildi - FOTO
190464
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

4 may 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər naziri Məhəmməd Həsən Mahmud ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini, müasir şəraitdə mövcud təhlükələr və çağırışların aradan qaldırılması kontekstində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin önəmi vurğulanıb.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən iqtisadi, humanitar və sosial sahələrdə daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər. Bununla yanaşı, nəqliyyat, səhiyyə, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Banqladeş arasında ikitərəfli əməkdaşlıq müzakirə edildi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO