Bakıda həkimə əri çoxsaylı bıçaq zərbəsi vurub

Bakıda həkimə əri çoxsaylı bıçaq zərbəsi vurub

Hazırda oxunan: Bakıda həkimə əri çoxsaylı bıçaq zərbəsi vurub

190480

Bakının Suraxanı rayonunda ailə məişət zəmnində dava zamanı qadın bıçaqlanıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Balabəyova Arzu Bəxtiyar qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktı Suraxanı Rayon Polis 33-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO