Oturaq işin yaratdığı XƏSTƏLİKLƏR 

Hazırda oxunan: Oturaq işin yaratdığı XƏSTƏLİKLƏR 

167026

Bir sıra insanların işləmək üçün can atdıqları və rahat iş sandıqları "oturaq", başqa sözlə "ofis işləri"nin çox mənfi fəsadları var. Oturaq işi arzulamasaq da, internetin dünyamıza daxil olması bütün aktiv fəliyyətimizi bir kənara qoymağa məcbur edib. 

Bəs gündəlik oturaq iş insanlarda hansı xəstəliklərə yol aça bilər?

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, oturaq işin insan orqanizmində yaratdığı xəstəlikləri oturub saysaq, bitməz:

“Ona görə də bəzi ciddi problemləri sadalayacağam. Əsas fəsadlardan biri piylənmədir. Belə olan halda, insanda qan dövranının durğunluğu məsələsi əmələ gəlir. Çünki piylənmə prosesində insan orqanizmində metabolik sindrom yaranır, insulinə rezidentlik artır, şəkər və ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur. 

Yəni ki, insan daima oturanda, hərəkət edə bilməyəndə ürək-damar sistemində, qan dövranında, qan damarlarının endoteryal, yəni daxili qatında disfunksiyalar əmələ gəlir. Bu da tramboz və müxtəlif xəstəliklərə yol açır. 
Eyni zamanda, oturaq həyat tərzi keçirən insanlarda aşağı ətraflarda, çanaq orqanlarında qan durğunluğu, babasil yaranır, qəbizliklərə meyllilik olur, yəni bədəndə ümumi mübadilə, bağırsaq pozğunluqları əmələ gəlir.

Oturaq iş ümumi bədənin biokimyəvi proseslərində mübadilə pozulması yaradır. Belə olan halda, bədəndə yağ mübadiləsinin pozuntusu baş verir. 

Bütün bunların qarşısını ancaq hərəkət etməklə almaq olar. Kimsə məcburi oturaq əməklə məşğuldursa, iş saatlarından əvvəl və ya sonra müəyyən məsafə hərəkətləri etməlidir. Çünki oturaq həyat bədəndə venoz durğunluğu yaradır. Bu isə aradan qaldırılmalıdır ki, orqanlar nəfəs alsın”. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO