Kəskin əzələ ağrısı, qızdırma, öskürək – Qapımızı döyən hansı VİRUSDUR? 

Hazırda oxunan: Kəskin əzələ ağrısı, qızdırma, öskürək – Qapımızı döyən hansı VİRUSDUR? 

110033

Son günlərdə yüksək temperatur, davamlı öskürək, güclü əzələ ağrıları ilə müşahidə edilən xəstəlik yayılıb. Simptomların kəskinliyi bəzi insanlarda yeni virusun yayılması barədə şübhələr yaradır. Bununla yanaşı insanları bu xəstəlikdən necə qorunmaları, müalicə üsulları maraqlandırır.

Bizim.Media-nın sualını cavablandıran həkim-infeksionist Mərdan Əliyev deyib ki, sözügedən simptomlar bu mövsümdə yayılan kəskin respirtor virus infeksiyalarıdır.

Sadalanan simptomlar az-çox olmaqla əksər viruslarda rast gəlinir:

“Bu xəstəliklərin demək olar ki, hamısının simptomları eynidir. Burada simptomları konkret olaraq fərqləndirmək çətindir. Əgər tipik gedişat göstərən xəstəlik olarsa, o zaman müəyyən qədər ayırd etmək olur ki, hansı virusdur. Bəzi xüsusiyyətlərinə görə viruslar özünü daha aydın büruzə verirlər. Məsələn, rotavirusda mədə-bağırsaq pozğunluğu daha çox rast gəlinir. Bəzi hallarda xəstə qrip əlamətləri ilə müraciət edir, amma bu əlamətlər olduğu halda bilirik ki, rotavirusdur”.

Həkim qeyd edib ki, hansı virus olmağını daha dəqiq bilmək üçün mütləq analiz verilməlidir: 

“Şübhələndiyimiz halda, xüsusilə də temperatur olarsa, bu simptomlarla müraciət edənlər COVID-19 testi verir və əksər hallarda nəticə neqativ çıxır”.

Xəstəlikdən qorunmağa qaldıqda isə həkim vurğulayıb ki, bunun üçün tibbi maska taxmaq, əl gigiyenasına riayət etmək və sosial məsafəni qorumaq lazımdır: 

“Bu xəstəliklər hava damcı yolu ilə yoluxur. Ona görə də qorunmaq üçün birinci növbədə tibbi maska taxmaq lazımdır. Eyni zamanda xəstə şəxslərlə sosial məsafəni qorumaq gərəkdir. Ancaq bu cür qorunmaq mümkündür”. 

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO