Kimlərə implant əməliyyatı etmək qadağandır? – HƏKİM MƏSLƏHƏTİ

Kimlərə implant əməliyyatı etmək qadağandır? – HƏKİM MƏSLƏHƏTİ

Hazırda oxunan: Kimlərə implant əməliyyatı etmək qadağandır? – HƏKİM MƏSLƏHƏTİ

10769

16 yaşına çatmayan uşaqlarda üz və çənədə hansısa plastik əməliyyatın olunması məsləhət deyil, çünki üz sümükləri hələ tam inkişaf etməyib. İmplantasiya əməliyyatından sonra üz skeletlərində əyilmə olar.

Bunu Bizim.Media-ya açıqlamasında üz-çənə cərrahı Hüseyn Hüseynzadə söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Farmokoloq: “Azərbaycanda təcili dərman zavodları açılmalıdır, əks halda...”


Əlavə edib ki, hamilə qadınlar da implant əməliyyatı etdirməli deyillər. Hamilə və süd verən qadınlarda isə orqanizmdə D və kalsium  deposu uşağa getdiyi üçün çənə sümüklərində sorulmalar yaranır”.

Eyni zamanda həkim qeyd edir ki, yüksək şəkər xəstəsi olan, ən çox da şəkəri tez-tez düşüb-qalxan insanlara implant əməliyyat etmək məsləhət deyil:   

“Şəkər xəstələrini iki həftəlik analiz edirik. Əgər şəkərin qalxıb-düşməsi çox deyilsə, əməliyyat edirik”.

Təzə kimya terapiya keçən onkoloji xəstələrə isə implant əməliyyatı heç məsləhət deyil:

“Daha sonra dərin nevroloji və psixoloji problemi olan depressiv insanlarda dental implant əməliyyatı keçirmək qəti qadağandır. Çünki bu xəstələr elə biləcəklər ki, onlarda olan ağrılar, narahatlıqlar, psixoloji pozğuntular implantla bağlıdır”.

Cərrah əlavə edir ki, alt çənədə sinirə yaxın nahiyələrdə əməliyyat etmək olmaz:

“Daha sonra yuxarı çənədə burun boşluğuna yaxın hissə var ki, onun yaxınlığına impilant əkmək qəti qadağandır”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO