Egey dənizində GƏRGİNLİK - TÜRKİYƏ DƏRHAL MÜDAXİLƏ ETDİ - FOTO/VİDEO

Egey dənizində GƏRGİNLİK - TÜRKİYƏ DƏRHAL MÜDAXİLƏ ETDİ - FOTO/VİDEO

Hazırda oxunan: Egey dənizində GƏRGİNLİK - TÜRKİYƏ DƏRHAL MÜDAXİLƏ ETDİ - FOTO/VİDEO
85595
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Egey dənizində Türkiyə və Yunanıstan sahil mühafizə qüvvələri arasında gərginlik yaşanıb.

Bizim.Media "Milliyet"ə istinadən xəbər verir ki, Yunanıstan Sahil Mühafizə Xidmətinə məxsus kater Bulamaç adasında keçirilən "Dəniz Kuboku Açıq Dəniz Yaxta Yarışı"na qatılan yelkənli qayığı batırmağa cəhd edib. Türkiyə Sahil Mühafizə Xidmətinə məxsus gəmi dərhal hadisəyə müdaxilə edib.

Yelkənli qayığı batırmaq üçün bir neçə dəfə sürətlə qarşısından keçən yunan katerindən, "Yunanıstanın ərazi sularındasınız, dənizimizdən çıxın" anonus edilib.

Buna cavab olaraq Türk gəmisindən yarışa qatılan qayıqlara, “Sükanı pozmayın, marşrutunuzu dəyişməyin, yarışı dayandırmayın, yarışı tərk etməyin" deyə müraciət edilib.
Daha sonra Yunanıstana məxsus kater ərazindən uzaqlaşdırılıb.

Bizim.Media
 


Egey dənizində GƏRGİNLİK - TÜRKİYƏ DƏRHAL MÜDAXİLƏ ETDİ - FOTO/VİDEO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO