Fərrux kəndi Qarabağdakı erməni separatçılarının “bazası” olub – Rusiyalı politoloq

Fərrux kəndi Qarabağdakı erməni separatçılarının “bazası” olub – Rusiyalı politoloq

Hazırda oxunan: Fərrux kəndi Qarabağdakı erməni separatçılarının “bazası” olub – Rusiyalı politoloq

66907

Rusiyalı politoloq Oleq Kuznetsov Fərrux kəndi ətrafında yaranmış vəziyyətlə bağlı "Sputnik Azərbaycan” nəşrinə açıqlama verib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan ordusunun Fərrux kəndi ətrafında hərəkətləri rəsmi Bakının Qarabağ bölgəsində sabitlik və təhlükəsizlik rejimi yaratmaq səylərini kifayət qədər adekvat şəkildə əks etdirir.
 

MÖVZU İLƏ BAĞLI:

Rus hərbçiləri Fərrux kəndindən belə çıxırlar – VİDEO


“Görünən odur ki, Fərrux Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin “bazası” olub. Yaraqlılar yerli sakinlərdən “insan qalxanı” kimi istifadə edib, bununla da onları faktiki olaraq girov kimi saxlayıblar.

Bu şəraitdə Azərbaycan hərbçiləri bu kəndin ətrafındakı dominant yüksəklikləri ələ keçirərək yaraqlıları oradan getməyə məcbur ediblər.

Bundan sonra Azərbaycan hərbçiləri yerli sakinləri mühafizə altına alaraq kəndin ətrafındakı yeni mövqelərə çəkilib.

Məhz bu vəziyyət rus sülhməramlıları tamamilə qane edib”, deyə o billdirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO