Türkiyənin bu 4 kanalı da “Azerspace-1”də yayıma başladı - ADLAR

Türkiyənin bu 4 kanalı da “Azerspace-1”də yayıma başladı - ADLAR

Hazırda oxunan: Türkiyənin bu 4 kanalı da “Azerspace-1”də yayıma başladı - ADLAR

65269

Bu aydan Türkiyənin daha 4 televiziya kanalı - “TMB, “Akıllı”, “Nurs” və “EuroTrio” “Azerspace-1” telekommunikasiya peyki üzərindən yayımlanır.

Bu barədə Bizim.Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən ("Azərkosmos") bildirilib.

Məlumatda deyilir ki, “TMB TV”-də əsasən türkdilli dövlətlərin musiqi və mədəniyyətini əks etdirən proqramlar nümayiş olunur.

“Akıllı TV” və “Nurs TV” -də daha çox əyləncəli verilişlər təqdim edilir.

“Azerspace-1” peykinin Avropa yayım şüasında yayımlanan “EuroTrio TV”-nin gündəlik məzmununu isə Türkiyənin, o cümlədən beynəlxalq şirkətlərin ingilisdilli proqramları təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO