
- A-
- A
- A+
Reanimasiyada olan Milli Qəhrəmanın SON durumu
Bir müddət öncə səhhətində problem yaranan Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin vəziyyəti ağır olaraq qalır.
Bizim.Media xəbər verir ki, hazırda Milli Onkologiya Mərkəzinin Reanimasiya şöbəsində müalicəsi davam edən Ehtiram Əliyevə dəqiq diaqnoz qoyulmayıb.
Səhhətində yaranan problemin nədən qaynaqlandığını müəyyən etmək məqsədilə müxtəlif analizlər götürülüb.
Reanimasiyada olan Milli Qəhrəmanın səhhəti ağırlaşmaqda davam edir.
Xatırladaq ki, Ehtiram Əliyev 18 oktyabrda "Yeni Klinika"nın Reanimasiya şöbəsinə yerləşdirilib, orada ona xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları qoyulub. Daha sonra onun müalicəsi bu xəstəxananın Terapiya şöbəsində davam etdirilib.
Lakin vəziyyəti daha da pisləşdiyi, kəskin çəki itirdiyi və davamlı qanaxması olduğu üçün noyabrın əvvəlində müalicəsini davam etdirmək məqsədilə Milli Onkologiya Mərkəzinə köçürülüb.
Xatırladaq ki, Ehtiram Əliyev 1972-ci ildə Ucar rayonunda anadan olub. Bakı Maşınqayırma Texnikumunu və "Təfəkkür" Universitetini bitirib.
1992-ci ilin iyunundan 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. Cəbhənin Ağdam, Naxçıvan istiqamətlərində döyüşüb. 1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücaətə görə ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
E.Əliyev 1996-cı ildə ordudan tərxis edilib. 1997-1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyib. Daha sonra Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb.
Ailəlidir. Bir qızı, iki oğlu var. (Oxu.az)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































