Kadırov Ukraynaya gəlişi ilə bağlı məlumatı şərh etdi: “Kiyevdən 20 kilometr aralıda...”

Hazırda oxunan: Kadırov Ukraynaya gəlişi ilə bağlı məlumatı şərh etdi: “Kiyevdən 20 kilometr aralıda...”

64639

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynaya gəlişi ilə bağlı yayılan məlumatlara münasibət bildirib və özünün Telegram kanalında konkret olaraq hansı ərazidə olduğu barədə danışıb.

Bizim.Media xəbər verir ki, Kadırovun sözlərinə görə, internetdə yayılan videoda o, Qostomeldədir.

“Keçən gün biz Kiyevdən 20 kilometr aralıda idik və indi daha da yaxınlaşdıq. Təxmin edin, nə qədər yaxınlaşdıq? – deyə o soruşub.
 

MÖVZU İLƏ BAĞLI:

Kadırov Ukraynaya gəldi, döyüşçülərinə “Vəzifəmiz Kiyevi almaqdır” dedi - VİDEO


Ramzan Kadırovun döyüşçülər tərəfindən mühasirəyə alındığını əks etdirən kadrları “Qroznı” telekanalı yayımlayıb.

Eyni zamanda, RT kanalı da Çeçenistan rəhbərinin şəxsən Ukraynaya gəldiyini yazıb.

Kadırov ötən gecə çeçen hərbi birləşmələrinin Kiyevdən çox da uzaqda olmadığını, “Ukraynanın paytaxtının yaxınlığında” olduğunu bildirib. 

"Əmr hələ də qüvvədədir - nasistlər (Ukrayna ordusunu nəzərdə tutur) tamamilə məhv edilənə qədər hərəkət etmək!" deyə o, qeyd edib.

Çeçenistan rəhbəri Ukrayna kəşfiyyatının "ümumiyyətlə işləyə bilmədiyinə" işarə vuraraq, müqavimət göstərənlərin təslim olmasını təklif edib.

“Mən dəfələrlə dediyim kimi yanımızda olun, yoxsa axırınız gələcək”, - Kadırov bildirib.

Bundan əlavə, Kadırov Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Aleksey Aretoviçi hədələyib.

“O, əvvəllər bəyan etmişdi ki, əgər Çeçenistan rəhbəri Kiyevin yaxınlığında olarsa, Ukrayna Silahlı Qüvvələri onu məhv edəcək. “Nəyə görə “əgər”? Çəkilişləri görmədin, yoxsa qapını döyməliyəm?”, deyə o yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO