Erdem Atay: “Türkiyədəki o qədər qanunsuzluğa səsiniz çıxmır, Azərbaycandan sizə nə?!” – Video

Erdem Atay: “Türkiyədəki o qədər qanunsuzluğa səsiniz çıxmır, Azərbaycandan sizə nə?!” – Video

Hazırda oxunan: Erdem Atay: “Türkiyədəki o qədər qanunsuzluğa səsiniz çıxmır, Azərbaycandan sizə nə?!” – Video
645129
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tanınmış jurnalist Erdem Atay Türkiyədə Azərbaycana qarşı qarayaxma kampaniyası və ideoloji təxribatlarla məşğul olan nurçu-islamçı dairələri sərt tənqid edib. 

Bizim.Media xəbər verir ki, jurnalist xüsusilə Azərbaycanın Baş konsulluğu qarşısında etiraz aksiyaları təşkil edən “Özgür-Der” təşkilatının fəaliyyətini ifşa edib.
 

“Sizin məqsədiniz sünni-şiə mübarizəsindən başlayıb iki türk dövlətini qarşı-qarşıya qoymaqdır. Siz Azərbaycanın Baş konsulluğu qarşısında səkkiz aksiya keçirmisiz. Bu necə iradədir? Ölkəmizdə baş verən o qədər hüquq pozuntuları, haqsızlıqlar, İslam adına edilən namussuzluqlar var, səsiniz çıxmır.


Azərbaycanda hicab məsələsindən, Azərbaycanın daxili işlərindən sizə nə? Azərbaycan bizim daxili işlərimizə qarışsa, “sizdə də hicablılar hərbçi, polis olur.

Bu dünyəvi dövlət prinsiplərin ziddir” – deyə açıqlama versələr, nə edəcəksiz? Buna cavab olaraq, “Azərbaycan sadəcə öz mövqeyini səsləndirib” deyəcəksiniz, yoxsa “sən mənim daxili işlərimə niyə qarışırsan?!” deyəcəksiniz? Siz Türk Dünyasını dağıtmaq üçün çalışırsız. Sizin etdikləriniz ABŞ-a, İsrailə xidmətdir”, - deyə jurnalist qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO