Maliyyə nazirinin müavini təyin edilən Sadiq Əliyev kimdir? - Dosye

Maliyyə nazirinin müavini təyin edilən Sadiq Əliyev kimdir? - Dosye

Hazırda oxunan: Maliyyə nazirinin müavini təyin edilən Sadiq Əliyev kimdir? - Dosye
0:00 / 0:00
645179
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib. 

Bizim.Media Sadiq Əliyevin dosyesını təqdim edir: 

S. Əliyev 1984-cü ildə anadan olub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistr təhsilini fərqlənmə ilə başa vurub.

Əmək fəaliyyətinə 2005-ci ildə özəl sektorda başlayıb. 2006–2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2019-cu ildə İqtisadiyyat Nazirliyinin Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.

2019–2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri olub. 2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin edilib və 2026-cı ilin yanvarınadək bu vəzifədə çalışıb.

2026-cı il yanvarın 8-də Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.

Yeni müavin  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO