Gürcüstanda Stalinin büstü dağıdıldı - FOTO

Gürcüstanda Stalinin büstü dağıdıldı - FOTO

Hazırda oxunan: Gürcüstanda Stalinin büstü dağıdıldı - FOTO
63426
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naməlum şəxslər martın 5-də gecə saatlarında İosif Stalinin Gürcüstanın Qori rayonunun Variani kəndindəki büstünü təhqir ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin “Formula” telekanalı məlumat yayıb.

Telekanal iki maskalı gəncin çəkiclə büstü dağıtması və “Xalqlar atası”nın başını qopardığı ilə bağlı görüntüləri yayımlayıb.

Bu hadisənin məhz “Xalqlar atası”nın ölüm günündə baş verməsi narazılıq doğurub.

Polis araşdırmaya başlayıb. Bildirilir ki, Stalinin büstü fevralın ortalarında Variani kəndində şəxsi torpaq sahəsində qoyulub. Bundan bir neçə gün sonra büstün üstünə qırmızı boya tökərək təhqir ediblər.

Qeyd edək ki, Stalin tarixdə ən çox öyrənilmiş 100 şəxsiyyətin siyahısına daxil edilib. Onun barəsində fikirlər birmənalı olmayıb. Bəziləri Stalini güclü siyasi lider, digər bir qrup isə onu qəddar tiran adlandırıblar.

Bizim.Media

Gürcüstanda Stalinin büstü dağıdıldı - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO