Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb

Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb

Hazırda oxunan: Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb

623213

Türkiyənin Sivas və Tokat bölgələrində 6 sakin gənə yapışması nəticəsində ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
 
Bildirilib ki, Tokatın Artova rayonunun Poyrazalan kəndində heyvandarlıqla məşğul olan 60 yaşındakı A.K. yüksək qızdırmadan şikayət edərək yerli xəstəxanaya müraciət edib.

Ancaq müalicəsi uğurlu nəticə verməyib. Sivasa xəstəxanaya aparılıb, ona Krım-Konqo hemorragik qızdırma (KKQQ) diaqnozu qoyulub. Bütün tibbi müdaxilələrə baxmayaraq A.K. ölüb.
 
Məlumata görə, o, bədəninə yapışan gənəni öz imkanları ilə çıxarıb. Ona görə fəsadı belə ağır olub.
 
İnformasiyaya əsasən, Sivasda bu il gənə yapışması nəticəsində ölənlərin sayı 6-ya yüksəlib. Səlahiyyətlilər ölümcül gənələr və KKQQ virusuna qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO