Paşinyan Gümrüdə gördüklərindən ŞOKA DÜŞDÜ: "Təcili bələdiyyə seçkiləri keçirilməlidir"

Paşinyan Gümrüdə gördüklərindən ŞOKA DÜŞDÜ: "Təcili bələdiyyə seçkiləri keçirilməlidir"

Hazırda oxunan: Paşinyan Gümrüdə gördüklərindən ŞOKA DÜŞDÜ: "Təcili bələdiyyə seçkiləri keçirilməlidir"
618259
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrü Ağsaqqallar Şurasına (bələdiyyə məclisinə) mümkün qədər tez bir zamanda növbədənkənar seçkilərin keçirilməsinin vacibliyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

"Düzünü desəm, Gümrünün rayonlarında gördüklərim mənim üçün gözlənilməz və şokedici oldu. Baş naziri olduğum bir ölkədə həyətlərin bu vəziyyətdə ola biləcəyini xəyal belə edə bilməzdim. Mən artıq bildirmişəm ki, Gümrüdə imkan daxilində ən qısa müddətdə növbədənkənar seçkilər keçirməliyik. Həmin vaxta qədər isə orada təcili tədbirlər görməliyik", – deyə o, keçirdiyi müşavirə zamanı vurğulayıb.

Xatırladaq ki, 2025-ci il oktyabrın 20-də hüquq-mühafizə orqanları Gümrü meriyasında genişmiqyaslı axtarışlar aparıb.

Daha sonra Ermənistanın Antikorrupsiya Komitəsi rüşvətxorluq işi üzrə aparılan təhqiqat çərçivəsində bələdiyyə sədri Vardan Qukasyan da daxil olmaqla, 8 nəfərin saxlanıldığını bəyan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO