Rusiyanın Kiyevi kütləvi atəşə tutması nəticəsində həlak olanların sayı 12 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti (FHN) "Telegram" kanalında məlumat yayıb.
Kanalın yaydığı məlumata görə, Rusiyanın Kiyevə zərbəsi nəticəsində həyatını itirənlərin sayı 12 nəfərə yüksəlib, onlardan 2-si uşaqdır.
Eyni zamanda, Rusiyanın raket zərbəsi endirdiyi Darnitsa rayonunda uçan binanın yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə yerində psixoloqlar və FHN-in 3 kinologiya qrupu işləyir. Ümumilikdə prosesə 170 xilasedici və 51 ədəd texnika cəlb olunub.
Kiyev meri Vitali Kliçko bildirib ki, həlak olanlar arasında 15 yaşlı qız da var. Onun sözlərinə görə, zərbə nəticəsində 57 nəfər yaralanıb. Hazırda onlardan 27-si paytaxt xəstəxanalarının stasionar şöbələrində müalicə olunur.
Bizim.Media



































































































