Türkiyədə F-16 qəzaya uğradı - Pilot şəhid oldu - VİDEO

Türkiyədə F-16 qəzaya uğradı - Pilot şəhid oldu - VİDEO

Hazırda oxunan: Türkiyədə F-16 qəzaya uğradı - Pilot şəhid oldu - VİDEO
598169
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin Balıkesir şəhərində 9-cu Əsas Qırıcı Aviasiya Bazası Komandanlığına məxsus F-16 təyyarəsi tapşırıq uçuşu zamanı qəzaya uğrayıb.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində pilot şəhid olub.

Balıkesir valisi İsmayıl Ustaoğlu sosial media hesabında bildirib ki, təyyarə təxminən saat 00:50 radələrində qəzaya uğrayıb.

“Pilotlarımızdan biri şəhid olub. Şəhidimizə və ailəsinə başsağlığı verirəm. Millətimizin başı sağ olsun”, – deyə vali qeyd edib.
 

Milli Müdafiə Nazirliyi açıqlamasında bildirib ki, saat 00:56-da havaya qalxan F-16 təyyarələrindən biri ilə radio əlaqəsi və izləmə məlumatları itib. Dərhal başladılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və qalıqları tapılıb.


Nazirlik pilotun şəhid olduğunu təsdiqləyib və qeyd edib ki, qəzanın səbəbi qəza araşdırma qrupu tərəfindən aparılacaq araşdırmalardan sonra müəyyən ediləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO