Rusiya Xankəndində səhra hospitalı açdı - VİDEO

Rusiya Xankəndində səhra hospitalı açdı - VİDEO

Hazırda oxunan: Rusiya Xankəndində səhra hospitalı açdı - VİDEO
3889
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Müdafiə Nazirliyi Xankəndidə səhra hospitalı açıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının tibbi bölməsinin rəisi Yaroslav İvanov açıqlama verib.

İvanov bildirib ki, səhra hospitalının yaradılmasında məqsəd ilk növbədə sülhməramlıların tibbi təminatını qarşılamaqdır:

“Biz mülki əhaliyə də yardım göstərməyə hazırıq. Öz fondumuz hesabına 40-a qədər insanı hospitalda yerləşdirə bilərik”.

Qeyd edək ki, hospital reanimasiya şöbəsi, funksional diaqnostika, laboratoriya diaqnostikası, əməliyyat, stomatologiya və oftalmologiya kabinetləri ilə təchiz olunub.

Hospitalda süni nəfəs aparatı, UZİ və rentgen cihazları da var.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO