Paşinyanı söyən şəxs barəsində cinayət işi açıldı

Hazırda oxunan: Paşinyanı söyən şəxs barəsində cinayət işi açıldı

38254

Ermənistan hüquq-mühafizə orqanları Baş nazir Nikol Paşinyanın feysbuk hesabındakı fotosunun altında təhqiredici şərhin yazılması ilə bağlı cinayət işi açıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan göstəriş verdi: "Bu 4 nəfəri gözdən qoymayın" - ADLAR


Sözügedən şərhlə bağlı Cinayət Məcəlləsinin 137.1 (ictimai fəaliyyətinə görə bir şəxsi ağır təhqir etmək) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanları şərh müəllifini müəyyən etmək üçün axtarış aparır.

Bundan əvvəl Cinayət Məcəlləsinə "Kobud təhqir" adı verilən və 3 milyon drama (təxminən 6000 ABŞ dolları) qədər cərimə və ya üç aya qədər həbs cəzası nəzərdə tutulan yeni bir maddə (137.1) əlavə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO