Paşinyan göstəriş verdi: \"Bu 4 nəfəri gözdən qoymayın\" - ADLAR

Hazırda oxunan: Paşinyan göstəriş verdi: \"Bu 4 nəfəri gözdən qoymayın\" - ADLAR

34296

Ermənistanın yüksək vəzifəli şəxsləri parlamentdəki 4 şəxsə qarşı dözümsüzlük göstərməyi əmr ediblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "Joxovurd" qəzeti mənbələrinə istinadən yayıb.

Nəşr həmin şəxslərin adlarını açıqlayıb: "Ermənistan" parlament fraksiyasının rəhbəri Seyran Ohanyan, parlamentin vitse-spikeri İşxan Saqatelyan, "Mənim şərəfim var" fraksiyasının deputatları - Vaqe Akopyan və Anna Mkrtçyan.

Vaqe Akopyanı Zəngəzurda Baş nazir Nikol Paşinyana, İşxan Saqatelyanı İrəvanda hakimiyyətə qarşı etiraz aksiyaları təşkil etməkdə ittiham edirlər.

Səlahiyyətlilər İşxan Saqatelyanın “Sizə rahatlıq verməyəcəyik”  sözlərini unutmurlar. 44 günlük müharibədən sonra hakimiyyəti "tərk edib" ikinci prezident Robert Köçəryanın yanına gedən Seyran Ohanyan da "bağışlanmır".
 

Anna Mkrtçyanın isə bağışlanmaz addımı Nikol Paşinyanı "təslimçi" adlandırmaqdır.


İndi səlahiyyətlilər parlamentdə bu insanlara rahatlıq verməmək fikrindədirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO