
- A-
- A
- A+
Gürcü nazir “Lotu Quli”nin bacısı oğlunu köməyə çağırdı – SƏBƏB
Gürcüstanın Dimanisi şəhərində azərbaycanlı və gürcü icmaları arasındakı konflikt gürcü hökumətinin narahatlığına səbəb olub.
Bizim.Media xəbər verir ki, rəsmi Tiflisin narahatlığı o həddədir ki, konfliktə son qoyulması üçün "qanuni oğrular”ın yardımından istifadə etmək məcburiyyətində qalıb.
Fransanın "Le Monde" qəzeti Tiflisin keçmiş meri Gigi Uqulavaya istinadən yazır ki, artıq Gürcüstanın Daxili İşlər Nazirliyi Türkiyədə yaşayan azərbaycanlı "qanuni oğru” Məhəmməd Qurbanova müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
"Lotu Quli"nin adamları şəmkirli iş adamını belə öldürdülər - ANBAAN VİDEO
Kriminal aləmdə "Maqa Rustavski” ləqəbi ilə tanınan Məhəmməd Qurbanov ötən il Türkiyədə qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun ("Lotu Quli”) bacısı oğludur.
Məhəmməd Qurbanov kifayət qədər nüfuzlu "qanuni oğru”lardan sayılır. Elə bu səbəbdəndir ki, Gürcüstan DİN-i məhz ona müraciət edib.
Məhəmməd Qurbanov bir neçə il əvvəl Nadir Səlifovla konfliktdə olan gürcü əsilli "qanuni oğru” Quram Çixladze ("Kvejoeviç”) və dəstəsinin hücumuna məruz qalmışdı. Həmin olayda Məhəmməd Qurbanov bıçaqlansa da, həyatını xilas etmək mümkün olmuşdu. (Qaynarinfo)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































