
- A-
- A
- A+
Region
12:19 / 27.07.2021
1 dəq oxunma
Ermənistan Müdafiə nazirinin birinci müavini təcili Moskvaya getdi – SƏBƏB
Hazırda oxunan: Ermənistan Müdafiə nazirinin birinci müavini təcili Moskvaya getdi – SƏBƏB
30080
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Ermənistan Müdafiə nazirinin birinci müavini Arşak Karapetyan bu gün səhər təcili Moskvaya uçub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “168․am” nəşri yayıb.
Mənbə yazır ki, səfər zamanı Karapetyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşəcək.
26 iyulda Rusiya Müdafiə Nazirliyi Karapetyan və Şoyqunun telefon danışığı apardığını bildirmişdi. Söhbət zamanı regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Xatırladaq ki, Karapetyan 20 iyul tarixində Baş nazir Nikol Paşinyan tərəfindən Ermənistan müdafiə nazirinin birinci müavini təyin edilib.
Əslində, o, hazırda Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edir. Bundan əvvəl Karapetyan Baş Qərargah rəisinin müavini vəzifəsində çalışıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




































































































