Ermənistanda 3 nəfəri güllələyən şəxs TUTULDU

Ermənistanda 3 nəfəri güllələyən şəxs TUTULDU

Hazırda oxunan: Ermənistanda 3 nəfəri güllələyən şəxs TUTULDU
272799
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ermənistanın Merdzavan yaşayış məntəqəsində törədilən qətl açılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan “Facebook” səhifəsində yazıb.

“Genişmiqyaslı operativ-axtarış tədbirləri nəticəsində Cinayət Polisinin əməkdaşları Merdzavanda üç nəfərə atəş açaraq ikisinin ölümünə, birinin isə güllə yarası almasına səbəb olan şəxsi müəyyən edərək Vagharşapat polis şöbəsinə gətiriblər.

O, törətdiyi əməli etiraf edib. Cinayət aləti aşkarlanıb. Əlavə məlumat veriləcək”, – Sarkisyan qeyd edib.
 

Merdzavanda baş verən qətl faktı üzrə saxlanılan şəxs barəsində qətl törətməyə kömək etmə maddəsi ilə ictimai cinayət təqibi başlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.


Məhkəməyə onun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət təqdim olunub və bu vəsatət təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO