Koçaryanla Sarkisyan tezlikə həbs olunacaq - Qabil Hüseynlidən FAKTLAR

Hazırda oxunan: Koçaryanla Sarkisyan tezlikə həbs olunacaq - Qabil Hüseynlidən FAKTLAR

25943

“Ermənistanda normal bir siyasətçi yoxdur. Qarabağ klanının da bütün üzvləri şizofrendir. Düzü, Paşinyan da şizofreniyadan əziyyət çəkirdi, amma deyəsən başı daşa dəyəndən sonra bir az düzəlib” deyən Qabil Hüseynli külli miqdarda xərcə baxmayaraq Koçaryanın seçkilərdə məğlub olmasından söz açıb.

Bizim.Media ilə dialoqda politoloq bildirdi ki, Ermənistan erməniləri üçün Koçaryan qatildir. Qabil Hüseynli xatırlatdı ki, Koçaryan 2008-ci ildə - saxta seçkilər yolu ilə prezidentliyi Serj Sarkisyana təhvil verən ərəfədə əhali ayağa qalxdı:

“Bir milyona qədər adam etiraza toplaşdı. Koçaryan isə əhaliyə atəş açmaq əmrini vermişidi. Rəsmi məlumatlarda əmrdən sonra 11 dinc erməninin öldüyü deyilirdi, amma əslində həlak olanlar 30-dan çox idi. 320 nəfər isə yaralanmışdı. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan PARÇALANMA ərəfəsində - Koçaryan Qarabağ ermənilərinə nə göstəriş verib?


Bu hadisələrə qədər isə, (1999 oktyabr) Ermənistan parlamentinə hücum təşkil edilib. Uzunyan soyadlı ata iki oğulu ilə birlikdə avtomatla parlamentə basqın nəticəsində spiker Dəmirçyanı, onun müavinini və daha 3 deputatı parlamentin binasında öldürdü. Onların müqavimətsiz parlamentə necə daxil olmaları və nəyə görə sadalanan insanları öldürmələri sirli qaldı. Sifarişçinin kimliyi məlum olmadı”.

Politoloqun sözlərinə görə çünki həmin vaxt ABŞ Dağlıq Qarabağ probleminin həlli ilə bağlı məsələlərdə ciddi iştirak edirdi. Və konfliktin çözülməsi ilə bağlı az qala prinsipial razılaşmalar əldə olunurdu. Öldürülən Karen Dəmirçyan da münaqişənin həll olunması üçün Ağ Ev təşəbbüslərinin lehinə idi.

O zamankı müxalifətin yazdığına görə, bu qətliamı Koçaryan Kremlin sifarişi ilə həyata keçirib:

“Zənnimcə, Paşinyan 2008-ci ilin mart hadisələrinə qayıdacaq. Həmçinin parlamentə basqın cinayətlərini də yenidən qabardacaq. Aparılan istintaqın nəticəsində Koçaryanla yanaşı, Serj Sarkisyan da məsuliyyətli sayılaraq həbsxanaya atılacaq. Deputat mandatları isə ləğv olunacaq. Koçaryana erməni cəmiyyətində nifrət bu qədərdir.
 

Ümumiyyətlə, erməni cəmiyyətində Dağlıq Qarabağdan gələn adamlara o qədər də xoş baxmırlar. Xüsusən onların dalbadal 20 il Ermənistanı idarə etməkləri, ölkənin var-dövlətini sağa-sola mənimsəmələri ermənilərin yaddaşından çıxmır.


Səsvermədə Koçaryana o qədər səs yönəlməsinin səbəbi isə odur ki, Rusiya bütün müxalifəti Koçaryanın ətrafına yönəltmişdi. Serj Sarkisyanın öz bloku daxil, hamısı Koçaryana kömək edirdi, ancaq nəticə belə oldu. Paşinyanın bu qədər səs toplamasının əsas səbəbi isə ondan ibarətdir ki, Nikol yerli ermənistanlıdır. Eyni zamanda, korrupsiya və rüşvətxorluğa qarşı olan adamdır. 

Digər tərəfdən, görünür, onun qərbyönümlü siyasət aparıb, arasıra Moskvaya atmaca atması Ermənistanda müəyyən adamların xoşuna gəlir”

Anar Rəhimov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO