Britaniya Ermənistanı Afrika və Əfqanıstandan gələn miqrantlarla dolduracaq - DANIŞIQLAR GEDİR

Hazırda oxunan: Britaniya Ermənistanı Afrika və Əfqanıstandan gələn miqrantlarla dolduracaq - DANIŞIQLAR GEDİR

187230

İngilislər yaşam tərzi pis olan ölkələrin sakinlərini hər hansı bir vasitə ilə Böyük Britaniyaya köçməkdən çəkindirməyin yolunu tapıblar. Onlar Afrika qitəsindən, Albaniya, Əfqanıstan, İraq, İran və Suriyadan qeyri-qanuni yollarla gələn mühacirləri öz yaşadıqları ölkələrə deyil, vəziyyəti daha acınacaqlı olan ölkələrə deportasiya etmək qərarına gəliblar. 

Bizim.Media xəbər verir ki, bu barədə material "Times" nəşrində yerləşdirilib.

Mənbə yazır ki, Böyük Britaniya krallıqdan qovulmuş qeyri-qanuni miqrantları qəbul edə biləcək dörd ölkə ilə danışıqlara başlayıb. Bu ölkələr siyahısına Ermənistan, Botsvana, Kot-d'İvuar və Kosta Rika daxil edilib.
Qəzet qeyd edir ki, London İrəvanla texniki danışıqlara ötən ilin sentyabrında krallığın xarici işlər nazirinin müavini Leo Dokertinin Ermənistana səfər zamanı başlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO