Ruben Vardanyanla bağlı yeni faktlar üzə çıxdı - VİDEO

Ruben Vardanyanla bağlı yeni faktlar üzə çıxdı - VİDEO

Hazırda oxunan: Ruben Vardanyanla bağlı yeni faktlar üzə çıxdı - VİDEO

169665

Hazırda Bakıda həbsdə olan Qarabağdakı keçmiş qondarma rejimin "dövlət naziri” Ruben Vardanyanla bağlı yeni faktlar məlum olub.

Bizim.Media xəbər verir ki, bununla bağlı reportaj Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanıb.

Bildirilib ki, onun Ermənistan və Qarabağ üçün xərclədiyi vəsait açıqlanıb. 

Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” Ruben Karlenoviç Vardanyan sentyabrın 27-si Azərbaycandan Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb. 

O, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə  ittiham irəli sürülüb, barəsində həbs qərimkan tədbiri seçilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO